KONSEPSİYA
ÇER
TYOJ
PRO
DAKŞN
BAKI, AZ — 2026
Brif göndərin
Vantage Events · Bakı

Bakıda tədbir təşkili və texniki prodakşn

Vantage Events Bakıda tədbir təşkili və texniki prodakşn üzrə event şirkətidir. 2023-cü ildən nazirliklər, beynəlxalq qurumlar və şirkətlər üçün konfrans, forum, korporativ tədbir, hakaton və B2B görüşlər qururuq. Tədbirin bütün zənciri bir komandanın üzərindədir: konsepsiya, texniki çertyojlar, avadanlıq, briqada və tədbir günü zalın özü.

Bir çox event şirkəti avadanlığı icarəyə götürür və işin yarısını podratçıya ötürür. Bizdə 1 000 m² LED ekran, 920 işıq cihazı, 1 200 m TÜV sertifikatlı truss və səs sistemləri öz anbarımızdadır, çertyojları isə öz komandamız çəkir. Səhnə quraşdırılmasından sökülməyə qədər məsuliyyət bölünmür.

Bu günə qədər 17 layihə təhvil vermişik, sifarişçilərimiz arasında 15 dövlət və beynəlxalq qurum var. Ən böyük tədbirimizdə 1 000-dən çox iştirakçı olub. Bakıda və regionlarda, ümumilikdə 10 şəhərdə işləmişik. Brifi göndərin: bir iş günü ərzində texniki həll və büdcə ilə cavab veririk.

2023
fəaliyyətin başlanğıcı
17
təhvil verilmiş layihə
15
dövlət və beynəlxalq qurum
1 000+
ən böyük tədbirin iştirakçısı

Tədbir təşkili haqqında suallar

Tədbir təşkili hansı xidmətləri əhatə edir?

Konsepsiya və proqram, məkan seçimi, texniki çertyojlar, səhnə, LED ekran, işıq və səs, qeydiyyat, keytrinq, nəqliyyat və tədbir günü idarəetmə. İstəsəniz yalnız texniki prodakşnı ayrıca sifariş edə bilərsiniz.

Event şirkəti seçəndə nəyə baxmaq lazımdır?

Avadanlığın kimə məxsus olduğuna, çertyojları kimin hazırladığına və tədbir günü kimin məsul olduğuna. Bizdə üçü də bir komandadadır: texniki park öz anbarımızdadır, çertyojları öz komandamız çəkir.

Bakıdan kənarda tədbir keçirirsiniz?

Bəli. Gəncə, Qusar, Lənkəran və digər şəhərlərdə, ümumilikdə 10 şəhərdə işləmişik. Avadanlıq və briqada Bakıdan gedir.

Neçə nəfərlik tədbir təşkil edə bilirsiniz?

Kiçik iclasdan 1 000-dən çox iştirakçılı proqrama qədər. Four Seasons Baku-dakı B2B görüşlər proqramında 1 000+ iştirakçı var idi.

Təklif nə qədər vaxta hazır olur?

Brifi aldıqdan sonra bir iş günü ərzində texniki həll və büdcə təklifi ilə cavab veririk. Əlaqə: contact@vstto.com, +994 51 567 82 17.